Biz kimik?

AZ Tyre Portal MMC – Azərbaycan Avtomobil Təkər Portalı olaraq fəaliyyət göstərir. Sektor üzrə istənilən növ minik, 4x4 SUV, OFF-Road, yüngül yük, ağır yük, kənd təsərrüfatı və ağır sənaye təyinatlı təkər və akkumulyatorların satışı və düzgün seçimi təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir.
İstər şəxsi avtomobiliniz, istərsə də şirkətinizin avtomobil və texnikası üçün doğru təyinatlı və keyfiyyətli təkər və akkumulyator seçimi, həmçinin etibarlı və uzunmüddətli tərəfdaşlıq üçün aşağıdakı üstünlüklərimizdən yararlanmağınızı tövsiyə edirik:
- 15 illik təcrübəyə malik peşəkar mütəxəssislər
- Geniş məhsul çeşidliliyi və sürətli seçim imkanı
- Keyfiyyətli və etibar edə biləcəyiniz məhsul və xidmətlər
- Təkər və akkumulyatorla bağlı yaranan istənilən problemi operativ şəkildə həll etmək bacarığı
01
Geniş Seçim
Müxtəlif ölçülərdə, markalarda və xüsusiyyətlərdə təkərlər.02
Keyfiyyətə Zəmanət
Tanınmış istehsalçıların məhsulları ilə təminat.03
Rahat Alış-Veriş
İstifadəsi asan interfeys, sürətli axtarış və ödəniş sistemi.04
Müştəri Dəstəyi
Peşəkar komandamız hər zaman dəstək göstərməyə hazırdır.Missiyamız
Müştərilərimizə keyfiyyətli, etibarlı və düzgün təyinatlı təkər və akkumulyator məhsulları təqdim etmək. Şəffaf xidmət, peşəkar yanaşma və hər zaman müştəri məmnuniyyətinə əsaslanaraq müştərilərimizin güvənini qazanmaq və uzunmüddətli əlaqələr qurmaq əsas məqsədimizdir. Hər zaman rahat, təhlükəsiz və inandırıcı alış təcrübəsi təqdim edərək müştərilərimizin güvənini qazanır və qoruyuruq.
Şirkətimizin Görüşü
Azərbaycanın ən güvənilən təkər və akkumulyator platforması olmaq. Hər növ nəqliyyat vasitəsi üçün düzgün məhsul seçimi və yüksək xidmət standartları ilə sektorda dəyər yaratmaq. Müştərilərimizin ehtiyaclarını diqqətlə dinləyərək, onların güvənliyini və rahatlığını hər zaman təmin etmək.
Gələcəyə Baxışımız
Rəqəmsal texnologiyaların imkanlarından istifadə edərək xidmət sahəmizi genişləndirmək və innovativ satış həlləri ilə regionda lider platformaya çevrilmək. Müştərilərimizlə qurduğumuz etibarlı əlaqələr və daimi inkişafla uzunmüddətli etibarını qorumaq hədəfimizdir.

Satış edilən təkər
Müştəri Məmnuniyyəti
Daimi Müştəri
İl təcrübə
Brend Təklifi